Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub

Ərdoğanla Putinin telefon danışığı olub

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi qurub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya əlaqələrini gücləndirəcək addımlar dəyərləndirilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda, Suriya və Liviya başda olmaqla bölgədəki hadisələr müzakirə obyekti olub.

Qeyd edək ki, prezidentlər ikitərəfli münasibətlər, regional əməkdaşlıq və davamlı dialoq mövzusunda razılığa gəliblər.

Səidə Vahid

AzNews.az