Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır

Hulusi Akardan Fransa Senatının qətnaməsini pisləyib

Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır

“Senatın qətnaməsi Fransanın Qarabağ məsələsində həllin deyil, problemin parçası olduğunu bir daha nümayiş etdirib”.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığını açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Senatın qəbul etdiyi qətnamə ilə Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - deyə nazir vurğulayıb.