Türkiyə 4 ölkə ilə uçuşları dayandırdı

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib

Türkiyə Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrikadan uçuşların müvəqqəti dayandırılmasına qərar verib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

“Koronavirusun mutasiyası ilə İngiltərədə yoluxma nisbətinin artdığı bildirildi. Prezidentimizin tapşırığı ilə Nəqliyyat və İnfrastruktur Nazirliyinin koordinasiyası ilə İngiltərə, Danimarka, Hollandiya və Cənubi Afrikadan ölkəmizə uçuşların müvəqqəti dayandırılmasına qərar verildi”, - deyə nazir öz tvitter hesabında qeyd edib.