Qərar Türkiyə Böyük Millət Məclisinin (TBMM) səsverməsindən sonra qəbul edilib Qərar Türkiyə Böyük Millət Məclisinin (TBMM) səsverməsindən sonra qəbul edilib

Türkiyə parlamenti Liviya və Əfqanıstanla bağlı sənədi qəbul etdi

Qərar Türkiyə Böyük Millət Məclisinin (TBMM) səsverməsindən sonra qəbul edilib

Türkiyə parlamenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə Prezident Administrasiyasından TBMM-ə göndərilən və Türkiyədən Liviya və Əfqanıstana hərbi qüvvələrin göndərilməsini nəzərdə tutan sənədi qəbul edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, qərar Türkiyə Böyük Millət Məclisinin (TBMM) səsverməsindən sonra qəbul edilib.

Yeni qərara əsasən, türkiyəli hərbçilər növbəti 18 ay ərzində də Liviya və Əfqanıstanda xidmətlərini davam etdirəcəklər.

Türkiyə hərbi qüvvələrinin Liviya və Əfqanıstana göndərilməsi barədə qərar 2021-ci il yanvarın 2-dən qüvvəyə minəcək.