Şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub Şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub

Ankarada İŞİD-in partlayıcı vasitələr üzrə terrorçusu yaxalandı

Şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub

İŞİD terror qruplaşmasının İraqdakı əməliyyatlarında yaxından iştirak edən terrorçularından biri Türkiyənin paytaxtı Ankarada yaxalanıb.

Bu barədə AzNews.az “Habertürk”ə istinadən xəbər verir.

Qeyd edilir ki, şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub. O, bir zamanlar avtomobillərə partlayıcı vasitələrin quraşdırılmasını həyata keçirib. Terrorçunun “Kalaşnikov” avtomatı və terrorçularla təlimlərini, habelə avtomobillərə partlayıcı qurğuların yerləşdirilməsini əks etdirən şəkilləri ələ keçirilib.