Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə verilməsi ilə bağlı roludur Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə verilməsi ilə bağlı roludur

Çavuşoğlu: "Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalanmalıdır"

Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə verilməsi ilə bağlı roludur

“Biz ayrıca olaraq Qarabağdakı sülhməramlı qüvvələrin statusuna dair anlaşma imzalanması üçün Rusiyanı da təşviq edirik”.

AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu məsələdə Azərbaycandan hər hansı bir şikayət gəlməyib: “Əsas məsələ rusların Laçın dəhlizindən hərəkətə icazə verilməsi ilə bağlı roludur. Buna görə Azərbaycandan icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansı bir status-kov müəyyənləşsə, bu, yenə Azərbaycanın sərhədləri daxilində olacaq. Buna görə Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır. “Siz, sülhməramlı olaraq varsınız, kimlərin gedib gələcəyi məsələsində qərar verməyin məsuliyyəti sizdə deyil”, - dedik”.

Türkiyə XİN başçısı qeyd edib ki, Naxçıvandan açılacaq dəhlizlə bağlı bir problem yoxdur. O vurğulayıb ki, Moskvada Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə bu təsdiq edilib.