“Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb" “Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb"

"Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il davam edən işğala son qoyuldu"

“Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb"

“30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Minsk Qrupunun ötən dövr ərzində fəaliyyətinin səmərəsiz olduğunu qeyd edən prezident, Ermənistanın dövrü olaraq atəşkəsi pozduğunu diqqətə çatdırıb:

“Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb. Ermənistan keçən il sentyabrın 27-də növbəti dəfə təxribata yol verərək hücum etdikdə isə Azərbaycan hərəkətə keçdi və biz qardaş ölkənin yanında yer aldıq. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il davam edən işğala son qoyuldu”.

Ərdoğan Türkiyənin Azərbaycanla birgə keçən il noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb.