Rusiyadan Türkiyəyə uçuşlar aprelin 15-dən iyunun 1-nə kimi dayandırılacaq Rusiyadan Türkiyəyə uçuşlar aprelin 15-dən iyunun 1-nə kimi dayandırılacaq

“Rusiya mütəxəssisləri Türkiyənin turizm bölgəsinə baxış keçirə bilər”

Rusiyadan Türkiyəyə uçuşlar aprelin 15-dən iyunun 1-nə kimi dayandırılacaq

“Rusiyanın Səhiyyə naziri ilə iki dəfə danışıqlarımız olub. Bəzi turizm bölgələrimizdə apardığımız profilaktik tədbirləri nəzərə alıb fərqli qərar verəcəkləri qənaətindəyəm”.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində pandemiya əleyhinə mübarizə məqsədilə yaradılan Elm Qurumu üzvləri ilə növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

F.Qoca Rusiya Baş nazirinin müavini Tatyana Qolikovanın Türkiyədə COVID-19-a yoluxmanın kəskin artması ilə əlaqədar uçuşların aprelin 15-dən iyunun 1-nə kimi dayandırılması barədə açıqlamasına mövqe bildirərək deyib ki, Rusiyalı həmkarı Türkiyənin Muğla, İzmir, Aydın kimi turizm bölgələrinə mütəxəssis göndərilərək araşdırma aparılacağını bildirib: “Rusiyalı mütəxəssislərindən ibarət heyət gəlib profilaktik tədbir görülən turizm bölgəsinə baxış keçirib, daha doğru qiymətləndirmə apara bilər”. (Apa)

AzNews.az