Prezident Ərdoğan Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin vacibliyini vurğulayıb Prezident Ərdoğan Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin vacibliyini vurğulayıb

Türkiyə Prezidenti ilə Almaniya Kansleri videoformatda görüşüb

Prezident Ərdoğan Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin vacibliyini vurğulayıb

Aznews.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

Anadolu agentliyi xəbər verir ki, Türkiyə-Avropa İttifaqı münasibətlərindəki dinamikliyin azalmamasının vacibliyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın təxribatçı fəaliyyətlərini davam etdirdiyini, ölkəsinin isə mülayim mövqeyini qoruduğunu bildirib.

Liviyada sabitliyin qorunması üçün milli birlik hökumətinin qurulmasını dəstəklədiklərini vurğulayan Türkiyənin dövlət başçısı bu məsələdə Almaniya ilə əməkdaşlığa hazır olduqlarını bildirib.