"Türkiyə Liviyada yad qüvvə deyil" "Türkiyə Liviyada yad qüvvə deyil"

Hulusi Akar: "Türkiyə hər zaman Liviyanın yanında olacaq"

"Türkiyə Liviyada yad qüvvə deyil"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyanın paytaxtı Tripoliyə səfər edib.

Aznews.az xəbər verir ki, TRT-nin verdiyi məlumata görə, o, səfər çərçivəsində Liviya Silahlı Qüvvələrində olub, ordu rəhbərliyi ilə fikir mübadiləsi aparıb.

Nazir bildirib ki, Türkiyə 500 illik tarixi qardaşlıq əlaqələri olan Liviyanın hər zaman yanında olmağa davam edəcək: "Türkiyə Liviyada yad qüvvə deyil. Hərbi sahədə əməkdaşlığımızın səviyyəsindən və heyətlərimizin mübadiləsindən məmnuluğumu ifadə edirəm".