İŞİD-in 1.5 milyonluq oğurluğu - Pulları PKK-ya göndəriblər

Soyğun Qasım Gülərin sifarişi ilə həyata keçirilib

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının “Türkiyə vilayəti cavabdehi” “Ebu Usame el Türki” kod adlı Qasım Gülər saxlanılıb.

AzNews.az-ın məlumatına görə, qırmız kateqoriyalı axtarış siyahısında olan Qasım Gülərin dindirilməsi zamanı məlum olub ki, İŞİD 2016-cı ilin dekabrında İstanbulda 1.5 milyon lirəlik oğurluq edib.

Q. Gülərin sifarişi ilə həyata keçirilən soyğunçuluqdan əldə edilən pullar PKK terror təşkilatının hesabına köçürülüb. Buna səbəb isə "Hol" düşərgəsindəki İŞİD üzvlərini azad etmək olub.

Lamiyə Əliyeva