- Türkiyə
- 8 Dekabr 2021 17:09
- 7 153
Türkiyə parlamentində kütləvi dava olub
Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Plan və Büdcə Komissiyasının müzakirələri zamanı Ədalət və İnkişaf Partiyası ilə (AKP) Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri arasında gərginlik yaşanıb
Öncə komissiyanın müzakirələrində iştirak edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilə CHP-nin millət vəkillərinin qrup rəhbəri Özgür Özəl arasında mübahisə baş verib.
Gərginlik AKP və CHP-li millət vəkilləri arasında əlbəyaxa davaya və yumruqlaşmaya çevirilib. (APA)