"Tarixə nəzər salsaq, Çanaqqalada, 1918-ci ildə Bakının işğaldan azad olunmasında da buna şahidlik etmişik",- Türkiyənin Azərbaycandakı səfiri deyib "Tarixə nəzər salsaq, Çanaqqalada, 1918-ci ildə Bakının işğaldan azad olunmasında da buna şahidlik etmişik",- Türkiyənin Azərbaycandakı səfiri deyib

"Türkiyə-Azərbaycan əlaqələrini 30 ilə sığışdırmaq olmaz" - Cahit Bağçı - VİDEO

"Tarixə nəzər salsaq, Çanaqqalada, 1918-ci ildə Bakının işğaldan azad olunmasında da buna şahidlik etmişik",- Türkiyənin Azərbaycandakı səfiri deyib

Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin yenidən təsis edilməsinin 30 illiyi tamam oldu. Təbii ki, Türkiyə-Azərbaycan əlaqələrini 30 ilə sığışdırmaq olmaz. Şübhəsiz ki, Türkiyə-Azərbaycan əlaqələri dərindir.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Diplomat bildirib ki, Türkiyə və Azərbaycan tarixin hər dövründə – sevincdə də, kədərdə də birlikdə olublar: "Tarixə nəzər salsaq, Çanaqqalada, 1918-ci ildə Bakının işğaldan azad olunmasında da buna şahidlik etmişik. 1992-ci il 14 yanvarla 2022-ci il 14 yanvar tarixini müqayisə etsək, ortaya iki məqam çıxır. Birinci amil, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin atdığı imza Türkiyə-Azərbaycan əlaqələrinin ən önəmli başlanğıcıdır. Bu, Xəzər neftinin, daha sonra qazının qlobal bazarda istisnasız olaraq Türkiyə üzərindən nəqlidir. Bu amil əslində ticari-iqtisadi, eyni zamanda, diplomatik əlaqələrimizi sürətli şəkildə dərinləşdirib. Son 20 il ərzində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin atdıqları imzalarla diplomatik əlaqələr strateji səviyyəyə yüksəlib. İmzalanan sənədlər müxtəlif istiqamətləri əhatə edir. Bu müddət ərzində yeni ticarət dəhlizləri yaranıb. Bunlardan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP kimi əhəmiyyətli layihələr bizi bir-birimizə bağlayır, birlikdə hərəkət etməyimizə vəsilə olur".