Avqustun 15- i səhər saatlarında baş nazir Nikol Paşinyan partlayış baş verən "Surmalu" ticarət mərkəzinə baş çəkib Avqustun 15- i səhər saatlarında baş nazir Nikol Paşinyan partlayış baş verən "Surmalu" ticarət mərkəzinə baş çəkib

“Surmalu"ya gələn Paşinyan nömrəsini itirdi - FOTO

Avqustun 15- i səhər saatlarında baş nazir Nikol Paşinyan partlayış baş verən "Surmalu" ticarət mərkəzinə baş çəkib

Ermənistanın baş naziri Nikol Paşinyanın korteji növbəti dəfə yerli KİV-in gündəminə çevrilib.

Saytlar "Faktların Araşdırma Platforması"nın üzə çıxardığı maraqlı bir detal barədə yazıblar.

Avqustun 15- i səhər saatlarında baş nazir Nikol Paşinyan partlayış baş verən "Surmalu" ticarət mərkəzinə baş çəkib. Yayılan videolardan göründüyü kimi, baş nazirin kortejindəki yolsuzluq avtomobillərindən birinin ön hissəsində nömrə nişanı yoxdur. Bununla belə, həmin avtomobilin arxa hissəsində 001 UU dövlət nömrə nişanı var. Bu, şəxsən baş nazirə xidmət edən maşındır və həmin avtomobildən Nikol Paşinyan düşür. Maraqlıdır ki, baş naziri müşayiət edən bütün digər avtomobillərdə müəyyən edilmiş qaydada dövlət nömrə nişanları olub və yalnız Paşinyanın özünün oturduğu avtomobil qaydaları pozub.

Belə çıxır ki, ölkə başçısı özü mindiyi nəqliyyat vasitəsinin istədiyi kimi idarə olunmasına imkan və icazə verir. Bu, avtomobilin kobud şəkildə qanun pozuntusu ilə idarə edilməsi faktıdır. Çünki “Yol Hərəkəti Təhlükəsizliyi haqqında” Qanunun 1-ci hissəsinin 18-ci maddəsinə əsasən, sürücünün avtomobili saxta, dəyişdirilmiş və ya qeyri-standart qeydiyyat nömrəsi ilə, yaxud də dövlət nömrə nişanları olmadan idarə etməsi qadağandır.
Avtonəqliyyat vasitələrinin qeydiyyatı və nömrələrinin verilməsi qaydalarına uyğun olaraq avtomobillərə eyni rəqəm və hərflər dəstindən ibarət 2 (ön və arxa) dövlət nömrə nişanı verilir.

Belə ki, baş nazirin olduğu avtomobilin ön hissəsində dövlət qeydiyyat nişanının olmaması “Yol Hərəkəti Təhlükəsizliyi Aktı”nın pozulmasıdır.

Yeri gəlmişkən, Nikol Paşinyan ilk dəfədir ki, nömrəsiz maşın sürür. Çünki əvvəllər mətbuatda dərc olunan bir çox videolarda baş nazirin olduğu avtomobilin həmişə nömrələrlə olduğu aydın görünüb", - məqalədə yazılıb.

Bəzi müxalif saytlar isə ironiya ilə yazıblar ki, o, ölkəni, "dövlət maşınının" sükanını necə gözü bağlı idarə edirsə, şəxsi avtomobilinin də nömrəsi baş nazirin xəbəri olmadan həmin formada düşüb itib.

Qeyd edək ki, Paşinyanın korteji arzuolunmaz hadisələrlə bir neçə dəfə ölkə gündəminə çevrilib.

image description