ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb

Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb

Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qanadının 13 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK/YPG yaraqlıları “Fərat Qalxanı”, “Barış pınarı” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı ərazilərdə təxribat və hücumlar təşkil etməyə çalışarkən zərərsizləşdiriliblər.

Qeyd edək ki, PKK yaraqlıları 1984-cü ildən Türkiyədə bir sıra terror aktları törədiblər. Nəticədə təhlükəsizlik qüvvələrinin minlərlə əməkdaşı, hərbçilər və mülki vətəndaşlar həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.