Türkiyə üçün Formula 1 fürsəti

Formula 1, 2023-cü il mövsümündə keçiriləcək Çin QP-ni koronavirusla bağlı vəziyyətin gətirdiyi çətinliklərə görə ləğv edib. Təqvimdəki boş yerə namizədlər arasında Türkiyə də var.

Aznews.az xəbər verir ki,16 aprel 2023-cü ildə keçirilməsi planlaşdırılan Çin Qran Prisi ölkədə COVID-19 məhdudiyyətləri səbəbindən ləğv edilib.

Formula 1 rəhbərliyi boşluğu doldurmaq üçün alternativ variantların qiymətləndirildiyini və bu məsələ ilə bağlı yeniləmə aparılacağını açıqlayıb.

Ləğv edilmiş Çin QP-dən sonra yarış Azərbaycanda keçiriləcək. Ümumiyyətlə, təqvim təyin edilərkən, logistika daşınmasını asanlaşdırmaq üçün yaxın ölkələr təqvimə daxil edilir. Növbəti yarışın Azərbaycanda olması Türkiyənin ehtimalını artırır.

Mövsüm Şahsuvar