4 nəfəri yaralayan itin sahibinə 4 il 6 aya qədər həbs cəzası tələb edilir

Türkiyədə nəzarətsiz qalan it yaşadığı binadan çıxan 2-si qadın olmaqla 4 nəfərə hücum edərək yaralayıb.

AzNews.az xəbər verir ki, bələdiyyə əməkdaşları 'Cane Corso Italiano' cinsli iti uyuşdurucu iynə ilə zərərsizləşdiriblər.

İtin sahibi Umut Batuhan Yalçın ədliyyədə hakim tərəfindən həbs edilib. Yalçın vəkilinin etirazı ilə 10 gün sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Umut Batuhan Yalçına qarşı "silahla qəsdən yaralama" maddəsi ilə 4 il 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası tələb edilir.

İddianamədə binanın mühafizə müdiri, köməkçisi və 2 təhlükəsizlik işçisi üçün lazımi tədbir görmədikləri səbəbiylə 'ehtiyatsızlıq nəticəsində xəsarət yetirmə' cinayətindən 1,5 ilə qədər həbs cəzası istənilib.

Pərvanə