- Türkiyə
- 13 Dekabr 2022 17:07
- 5 560
Ərdoğan Baxçalı ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə görüşüb.
AzNews.az xəbər verir ki, görüş MHP sədri Baxçalının Türkmənbəyi küçəsindəki evində keçirilir.
Görüşdə daxili və xarici siyasətlə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Prezident Ərdoğan Baxçalı ilə sonuncu dəfə noyabrın 9-da görüşüb.
Türkiyə lideri bu görüşdən əvvəl saat 15:00-da Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodini qəbul etmişdi. Görüş Prezident Kompleksində baş tutmuşdu.
Ərdoğan sözügedən görüşdən sonra saat 19:00-da Türkmənistana yola düşəcək. O, iki günlük səfəri çərçivəsində Türkiyə-Azərbaycan-Türkmənistan Üçtərəfli Dövlət Başçıları Zirvə toplantısında iştirak edəcək.
Pərvanə