Əhməd Davudoğlu Meral Akşenerlə görüşüb

Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Meral Akşeneri İYİ Partiya Ümumi Qərargahında ziyarət edib.

AzNews.az xəbər verir ki, Davudoğlunu qapıda İYİ Partiya Siyasi İşlər sədri Koray Aydın qarşılayıb. Bağlı qapılar arxasında keçirilən görüş 2 saat davam edib.

Görüşün sonunda Akşener Davudoğlunu qapıya qədər müşayiət edib.

Ə. Davudoğlu daha əvvəl Səadət Partiyasının sədri Temel Karamollaoğlu və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ilə də görüşmüşdü.

Pərvanə