Bozdağ: "Türkiyənin terrorla mübarizəsi effektiv və qətiyyətlə davam edəcək"

"Diyarbəkirdəki bombalı hücumu lənətləyirəm. Yaralanan polis qardaşlarımıza keçmiş olsun deyir, Uca Allahdan şəfa diləyirəm".

AzNews.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi effektiv və qətiyyətlə davam edəcək: "Ölkəmizin sülh və təhlükəsizliyinə qəsd edənlər bunun cavabını verəcəklər".

Qeyd edək ki, Türkiyənin Diyarbəkir-Mardin magistral yolunda səhər saat 06:00 radələrində çevik polisləri daşıyan xidməti avtomobil keçərkən yol kənarında dayanmış maşın partladılıb. Partlayış nəticəsində 8 polis əməkdaşı və bir mülki şəxs yaralanıb. Onlar nəzarət məqsədilə xəstəxanalara yerləşdiriliblər.

Pərvanə