Bu bağçada şagirdlər saymağı həşəratlarla öyrənirlər

Türkiyənin Bursa şəhərində yerləşən qaydaların təbiətə uyğun formalaşdığı Həmidiye Peşə və Texniki Anadolu Liseyi Təbiət bağçasında uşaqlar palçıqda yuvarlanaraq, xəmir yerinə palçıqdan istifadə edərək, qarışqa yuvası və hörümçək ayaqları ilə saymağı öyrənərək, rəsm dərsində ilbizləri əllərinə alaraq, boya əvəzinə yarpaq, bitki və meyvələrdən istifadə edərək təbiət və heyvanlarla iç-içə təhsil həyatına addımlayırlar.

AzNews.az-ın məlumatına görə, məktəb direktorunun ona ayrılmış yataqxananı uşaq bağçasına çevirdiyi məktəbdə 18 şagird təhsil alır.

Yeni məktəb binasının da yerləşdiyi 400 hektar ərazidə digər bağçalar kimi stul və yazı lövhəsi yox, tavanı göy, döşəməsi torpaq olan açıq havada sinif otağı var. Həmyaşıdlarından fərqli olaraq, bu sinifdə uşaqlar həsirləri bellərinə taxaraq istədikləri vaxt, istədikləri yerdə otururlar.

“Biz mövsümə uyğun hərəkət edirik. Səhv hava yoxdur, yanlış paltar seçimi var. Kombinezonumuzu, çəkmələrimizi geyinir, həsirlərimizi götürürük və ekstremal bölgələr istisna olmaqla, istənilən hava şəraitində çölə çıxırıq. Xüsusilə qarlı və yağışlı havalar öyrənmək üçün daha yaxşı mühitlər təmin edir. Biz müxtəlif canlıları müşahidə edə bilirik, təbiəti müşahidə edə bilirik. Biz ağaclardan fəsilləri öyrənirik. İstər yarpaq töksünlər, istərsə də çiçəkləsinlər, biz təbiəti müşahidə edib öyrənə bilirik. Məktəbəqədər təhsilin öyrətdiklərini təbiətdə bir-bir uşaqlara verə bilirik. Sinifdə heç bir şey tətbiq etməyimizə ehtiyac yoxdur. Yeni yanaşmalar və dəyişən sistem davam edərsə, bütün məktəblər təbiətdə olmalıdır. Artıq bir çox ölkələr bunu edir. Bursa Uludağ Universiteti də bu mövzuda müəllimlərə dəstək verir.

Bizim ocaq qalamaq üçün 6 həftəlik məşq müddətimiz var. Cəmi 6 həftə ərzində uşaqlara çevrənin kənarından saat əqrəbinin əksi istiqamətində hərəkət etməyi, oda yaxınlaşanda diz çökməyi, saçlarımızı toplamağı, odu necə söndürürdüyümüzü, niyə söndürməli olduğumuzu öyrədirik. Məsələn, biz torpağın üzərində od yandırmırıq. Çünki yerdə od yandırmaq yerin 2 metr altında bütün torpağın mikrobiologiyasını pozmaq deməkdir. Bunları uşaqlara da öyrədirik. Ona uyğun olaraq odun altına daş qoyuruq, zəmini buna uyğun hazırlayırıq. Zamanla hər şeyi anlayırlar. Hazır oyun xəmirindən istifadə etmirik, palçıqdan istifadə edirik. İncə motor əzələlərimizi belə inkişaf etdiririk”, - deyə müəllim qeyd edib.

Pərvanə

image description