- Türkiyə
- 19 Dekabr 2022 13:41
- 5 397
Yatmış ərini baltalayan qadın: "Bu cəza çox deyil?"
Türkiyədə həyat yoldaşı Həsən Özbeki yatarkən 15 balta zərbəsi ilə qətlə yetirən Fazilət Əzimi barəsində hökm oxunub.
AzNews.az xəbər verir ki, məhkəmə özünü müdafiə edə bilməyən şəxsi qəsdən öldürməkdə təqsirli bilinən qadını 24 il müddətinə azadlıqdan məhrum edib.
Lakin müttəhimin iclasda özünü yaxşı aparması səbəbindən cəzanın 20 ilə endirilməsinə qərar verilib.
İclasda F. Əzimiyə sonuncu dəfə çıxış etmək hüququ verilib: "Həyat yoldaşım mənə qarşı çox zorakılıq etdi. Uşaqlarım üçün çox mübarizə apardım. Məni öldürməyə çalışdı, özümü müdafiə etdim, amma yenə də peşmanam. O, övladlarıma atalıq etmirdi. Uşaqlarım məni gözləyir. Ərim məni döyəndə özünü itirirdi”, - deyə o bildirib.
Hökmdən sonra təqsirləndirilən F. Əzimi məhkəməyə “Bu cəza çox deyilmi? "Övladlarım məni gözləyir" deyib.
Pərvanə