- Türkiyə
- 21 Dekabr 2022 14:07
- 5 903
Akşener: "Bu qərar xalqın iradəsinə müdaxilədir"
"Bu qərar Rəcəb Tayyib Ərdoğanın seçki gündəmidir. Bu qərar xalqın iradəsinə müdaxilədir. Bu qərar türk demokratiyasına zərbədir".
AzNews.az xəbər verir ki, bunu Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında məhkəmə qərarı ilə bağlı danışarkən deyib.
Bildirib ki, hökumət üzvləri seçki qutusunda uduzduqları İstanbulu məhkəmə səlahiyyətlərindən sui-istifadə edərək geri almağa çalışırlar:
"İllərlə qarşılıqsız seçki qazanmağın ərköyünlüyünü etdilər. İllərdir millətimizə qul kimi davrandılar, amma 2023-cü il seçkiləri yaxınlaşdıqca artıq uduzacaqlarını anlamağa başladılar".
Pərvanə