- Türkiyə
- 23 Dekabr 2022 13:28
- 5 128
4 gündür axtarılan yaşlı qadın donmuş vəziyyətdə tapılıb
Türkiyədə 4 gündür axtarışda olan alzaymer xəstəsi Fatma Fidan itdiyi zənn edilən yerdən təxminən 5 kilometr aralıda donmuş halda tapılıb.
AzNews.az xəbər verir ki, hadisə Sivas şəhərinin Ulaş rayonunda qeydə alınıb.
Yaşlı qadın yoxa çıxmazdan əvvəl sonuncu dəfə rayon mərkəzindəki təhlükəsizlik kamerası tərəfindən görüntülənib.
Təhlükəsizlik kamerasına əks olunan videoda qadının əlində əsa ilə yeridiyi görünür. Bu F. Fidanın yoxa çıxmazdan əvvəl qeydə alınmış son görüntüləridir.
Qadının ölümünün dəqiq səbəbini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Pərvanə