- Türkiyə
- 27 Dekabr 2022 14:29
- 4 673
Anasına sataşan kişini küçədə döyərək öldürən şəxs özünü belə müdafiə etdi
Türkiyədə bir kişi küçədə 54 yaşlı anasını sözlü və fiziki zorakılığa məruz qoyan Ramazan Dörtdaş adlı şəxsi öldürüb.
AzNews.az xəbər verir ki, hadisə Ankaranın Mamak rayonunda baş verib.
Belə ki, avqustun 13-də Şahintepe Məhəlləsində meydana gələn hadisədə S.Ş. adlı qadın zorakılığa məruz qalıb. Bundan sonra qadın oğluna zəng edərək hadisədən onu xəbərdar edib. Yusuf Şavur anasını taksiyə mindirib. Yolda S.S. ona sataşan Ramazan Dörtdaşı görüb və oğluna deyib. Taksidən düşən S.Ş. və Yusuf Şavur Ramazan Dörtdaşı qovalamağa başlayıb.
Şavur üzü üstə yıxılan Dörtdaşı döyməyə başlayıb. Bir şəxsin mobil telefonun kamerası ilə lentə aldığı hadisədə Şavur ətrafdakılara "Heç kim qarışmasın, bu, namus məsələsidir" deyə qışqırıb. Şavur anasının müdaxiləsi ilə hadisə yerini tərk edib. Ağır yaralanan Dörtdaş 5 gün sonra aparıldığı xəstəxanada dünyasını dəyişib, nəzarətə alınan Şavur isə gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
"Zərər vermək istəmədim. Zərərçəkmişlə birlikdə yerə yıxıldıq. İstəməzdim ki, belə olsun. Uşaqlarım var, azadlığımı tələb edirəm", - deyə Yusuf Şavur məhkəmədə bildirib.
Təqsirləndirilən şəxsin vəkili Erdem bildirib ki, əvvəlki iclasda mərhumun qızı təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.
"Belə bir iddia var idisə, prokurora, polisə, jandarmaya xəbər verərdilər. Cəzasını çəkəydi", - mərhumun bacısı deyib.
Pərvanə