Türkiyədə zəlzələdə ölənlərin sayı 8574-ə çatıb - YENİLƏNİB

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb.

AzNews.az verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 49 133 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində 6444 bina dağılıb.

12:54

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 40 910 nəfər yaralanıb.