Türkiyə Prezidenti: Zəlzələdə 9057 nəfər həlak olub, 52 979 nəfər xəsarət alıb

Türkiyədə zəlzələdə həlak olanların sayı 9057 nəfərdir.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 52 979 nəfər xəsarət alıb, 6444 bina dağılıb.

***

14:51

Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.

Bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.