Türkiyədə “Qəfəs-49” əməliyyatında 23 şübhəli saxlanılıb

"Qəfəs 49" əməliyyatı çərçivəsində mərkəzi İzmir olan 3 vilayətdə eyni vaxtda təşkil edilən basqınlarda 23 şübhəli saxlanılıb.

Rayon Təhlükəsizlik Müdirliyi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları, ölkə daxilində həyata keçirilən "maliyyə cinayətləri" ilə bağlı dünən İzmirdə yerləşən Manisa və Afyonkarahisarda müəyyən edilən ünvanlara eyni vaxtda basqın həyata keçirib.

Keçirilən əməliyyatlar zamanı sələmçilik yolu ilə haqsız qazanc əldə etdiyi 8 nəfər, neylon qaimə-faktura yazaraq vergidən yayınan və bununla da dövlətə ziyan vuran 10 nəfər, sığorta təzminatı almaq üçün dələduzluq edən 5 nəfər müəyyən edilib.

Şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.

Daxili İşlər Naziri Ali Yerlikaya fevralın 27-də sosial media hesabından verdiyi açıqlamada 56 vilayətdə eyni vaxtda keçirilən “Qəfəs-49” əməliyyatlarında 147 şübhəli barəsində tədbir görüldüyünü bildirib.

Mövsüm

Aznews.az