Prezident Ərdoğan 3 səfiri qəbul edəcək

Prezident Ərdoğan Ankarada işini davam etdirir. Bu gün Beştəpədə etimadnamə təqdimetmə mərasimləri keçiriləcək. 3 ölkənin yeni Ankara səfirləri etimadnamələrini prezident Ərdoğana təqdim edəcəklər.

Prezident Kompleksində etimadnamənin təqdimetmə mərasimi saat 14.00-da başlayacaq. Mərasimdə Bruney səfiri ilk olaraq etimadnaməni prezident Ərdoğana təqdim edəcək.

Daha sonra Somali və İspaniya səfirləri etimadnamələrini Ərdoğana təqdim edəcəklər.

Mərasimlərdən sonra səfirlər Türkiyədə rəsmi olaraq vəzifələrinə başlayacaqlar.

Mövsüm

Aznews.az