Dövlət Bağçalının taxdığı üzük Türkiyədə gündəm oldu - FOTO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında barmağına taxdığı üzük və yaxasındakı nişanın simvolik mənalar daşıdığı ortaya çıxıb.

Bu barədə AzNews.az "Hürriyet" nəşrinə istinadən xəbər verir.

Üzüyün dizaynında şəffaf quruluşu və mavi tonları ilə diqqət çəkən mavi topaz daşından istifadə edilib.

Mavi topaz daşının şəffaf və təravətləndirici görünüşü ilə qan dövranı balansına töhfə verdiyi və qan təzyiqi aşağı olan insanlara enerji verdiyi düşünülür. Daşın ətrafında Böyük Səlcuq hökmdarı Sultan Alparslana aid edilən sözlərin yazıldığı mətn var.

"Sizə elə bir vətən aldım ki, əbədi olaraq sizin olacaq", - deyə mətndə yazılıb.

Üzüyün yan tərəflərində Səlcuq qartal simvolunun qanad forması vurğulanır. Üzüyün digər tərəflərində qabardılmış şəkildə işlənən ikibaşlı qartal motivləri dizayna tarixi dərinlik və simvolik məna qatır, bütün elementlər bir araya gələrək vahid bir kompozisiya yaradıb.

Dövlət Bağçalının taxdığı üzük Türkiyədə gündəm oldu - FOTO

Dövlət Bağçalının yaxasındakı nişanın dizaynı isə üzüyün estetik və simvolik elementlərinə uyğun olaraq, mavi topaz daşları, qabartma detallardan istifadə edilərək və Sultan Alparslanın sözlərinə istinad edilərək hazırlanıb.

Dövlət Bağçalının taxdığı üzük Türkiyədə gündəm oldu - FOTO