"Ölüm siyahısı"nda Zakarpatyada yaşayan macarların adları var "Ölüm siyahısı"nda Zakarpatyada yaşayan macarların adları var
  • Qərb
  • 11 Oktyabr 2018 00:20
  •  6 625

2 ölkə müharibə astanasında - Avropa qarışdı

"Ölüm siyahısı"nda Zakarpatyada yaşayan macarların adları var

Ukraynada fəaliyyət göstərən "Mirotrovec" adlı internet saytında Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto Ukraynanın düşməni elan edilib və "ölüm siyahısı"na salınıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Macarıstanın xarici işlər və xarici ticarət nazirinin müavini Levent Magyar mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Kiyev Macarıstan sərhədinə əsgər toplayır, Ukraynada yaşayan macarların deportasiya edilməsi çağırışını edir, macarlar haqqında "ölüm siyahısı" hazırlayır: "Bütün bunlara aydınlıq gətirmək üçün Ukraynanın Budapeştdəki səfiri Ljubov Nepop nazirliyə çağırılıb".

Nazir müavini vurğulayıb ki, "ölüm siyahısı"nda Zakarpatyada yaşayan macarların, o cümlədən macar hökumətində və bələdiyyəsində çalışan 300 nəfərin adları var. İkili vətəndaş olduğu iddia edilən xarici işlər naziri Peter Szijjarto da bu siyahıda yer alır".

"Macarıstan həm NATO-nun, həm də AB-nin üzvüdür. Bu baxımdan bu sərhədlər NATO və AB-nin sərhədləridir. Macarıstan sərhədindən bir neçə kilometr uzaqlıqda - Zakarpatya bölgəsində yerləşən Ukraynanın hərbi bazasından çox narahatıq" - deyə Levent Magyar əlavə edib.

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto daha öncə etdiyi açıqlamasında bildirib ki, ötən ilin sentyabrında Ukraynanın təhsil qanunvericiliyinin dəyişməsi nəticəsində bu ölkədə yaşayan macarların hüquqları pozulub: "Bu qanun bizi kürəyimizdən bıçaqladı".

Qeyd edək ki, Ukraynada təhsil haqqında qanuna edilən dəyişikliklərə görə, ölkədə yaşayan macarlar, orta təhsil müəssisələrində və universitetlərdə öz ana dillərində təhsil ala bilməyəcəklər.