ABŞ-da bir akademikə qeyri-adi cəza verilib. ABŞ-da bir akademikə qeyri-adi cəza verilib.
  • Qərb
  • 11 Oktyabr 2018 11:13
  •  2 356

87 min dolları “yeyən” akademikə - qəribə cəza

ABŞ-da bir akademikə qeyri-adi cəza verilib.

AzNews.az beynəlxalq mətbuata istinadən bildirir ki, Nyu-York və Yel Universitetlərində nevrologiya sahəsi üzrə araşdırmalar aparmış akademik tədqiqat üçün ayrılan vəsaiti mənimsəyib.

Məhkəmə 87 min dollar məbləğində yeyintiyə yol vermiş Aleksandr Neumeysterə Konnektikut ştatındakı kasıb qocalar üçün pianoda ifa etmək cəzası verib.

Akademikin bu cəzası üç il ərzində davam etməlidir.

Onun mənimsədiyi pulu geri qaytarması da tələb edilir.

Nurlan AĞA
AzNews.az