Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb. Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb.
  • Qərb
  • 15 Oktyabr 2018 18:52
  •  1 075

Elmar Məmmədyarov Stefan Viskonti ilə görüşdü

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb.

Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən AzNews.az-a bildirilib.

Məlumata görə, tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıblar.

AzNews.az