Guya terakt olacağı haqda Rusiya prezidentinə xəbərdarlıq edəcəkmiş Guya terakt olacağı haqda Rusiya prezidentinə xəbərdarlıq edəcəkmiş
  • Qərb
  • 15 Oktyabr 2018 20:22
  •  1 710

Putinə məktub yazdı, konsulluğun hasarına dırmaşdı

Guya terakt olacağı haqda Rusiya prezidentinə xəbərdarlıq edəcəkmiş

29 yaşlı isveçli Rusiyanın Höteborqda yerləşən Baş Konsulluğuna daxil olmağa cəhd göstərib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Aftonbladet portalı yayıb.

Həyəcan siqnalından sonra əraziyə polis əməkdaşları cəlb olunub. Hasara çıxıb konsulluğun ərazisinə tullanmaq istəyən isveçli polis tərəfindən yaxalanıb. Onun cibindən Rusiya prezidenti Vladimir Putinə ünvanlanan məktub tapılıb. Məktubda guya terakt olacağı haqda Rusiya prezidentinə xəbərdarlıq edəcəkmiş.

Araşdırma nəticəsində məlum olub ki, gənc oğlan narkotika aludəçisidir.

© AzNews.az