Hadisə Vinnitsa vilayətində baş verib Hadisə Vinnitsa vilayətində baş verib

Ukraynada təyyarə qəzaya düşdü

Hadisə Vinnitsa vilayətində baş verib

Ukraynada Su-27 təyyarəsi qəzaya uğrayıb.

Qəza təlim-döyüş uçuşu zamanı Vinnitsa vilayətində baş verib.

Bildirilir ki, hazırda Ulanov kəndi ərazisində axtarış-xilasetmə tədbirləri görülür.

Qeyd edək ki, oktyabrın 8-dən 19-dək Ukraynada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Təlimlərdə Belçika, Danimarka, Böyük Brtiyaniya, Niderland, Estoniya, Rumıniya, Polşa və ABŞ iştirak edir. (Oxu.az)