ABŞ repçisi Melania Trampı təhqir edib. ABŞ repçisi Melania Trampı təhqir edib.
  • Qərb
  • 17 Oktyabr 2018 16:03
  •  2 817

Trampın arvadı ilə bağlı qalmaqallı video-klip yayıldı: Erotik rəqs edir - Video

ABŞ repçisi Melania Trampı təhqir edib.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın tanınmış repçilərindən, səhnə adı T.İ. olan müğənni "twitter" hesabından yeni klipini paylaşıb.

Klip ABŞ prezidenti Donald Trampın Ağ Evi tərk etməsi ilə başlayır və daha sonra repçi kostyumda, ofisdə görüntülənir.

Klipdə ABŞ-ın birinci xanımı Melania Trampa oxşayan qadın bu ilin əvvəlində müzakirə mövzusuna çevrilmiş, üstündə “mənim vecimə deyil, bəs sənin?” yazılan pencəyi geyərək, erotik şəkildə T.İ.-nin qarşısında oynamağa başlayır.



Video qısa vaxt ərzində 1,5 milyon dəfə izlənib.

Birinci xanımın sözçüsü Stefani Qrisham bu hərəkəti tənqid edərək, bunu sayğısızlıq və iyrənclik adlandırıb.

Nurlan AĞA
AzNews.az