Britaniya parlamenti yaxınlığında tapılan əşya partladılıb. Britaniya parlamenti yaxınlığında tapılan əşya partladılıb.
  • Qərb
  • 17 Oktyabr 2018 22:31
  •  2 007

Britaniya parlamentinin binasında həyəcan... - Yenilənib

Britaniya parlamenti yaxınlığında tapılan əşya partladılıb.

Britaniya polisinin partlayıcı qurğuların zərərsizləşdirilməsi bölməsinin əməkdaşları parlament binası yaxınlığında aşkarlanan şübhəli əşyanı məhv ediblər.

Həmin əşya partladılıb.

Əməliyyatda partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan robotdan istifadə olunub.

***
21:16

Britaniya parlamentinin binası mühasirəyə alınıb.

Böyük Britaniya parlamentinin binası polis tərəfindən mühasirəyə alınıb.

Buna səbəb hüquq-mühafizə orqanlarına parlament binası yaxınlığında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumatın daxil olmasıdır.

Bildirilir ki, şübhəli əşya Viktoriya Embarkment Qardens parkında aşkarlanıb.

Polis ərazidə müvafiq tədbirlər görür.(oxu.az)

AzNews.az