Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq müzakirə edilib. Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq müzakirə edilib.
  • Paytaxt
  • 17 Oktyabr 2018 21:44
  •  2 219

Zakir Həsənov çexiyalı həmkarı ilə görüşdü

Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq müzakirə edilib.

Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.

Müdafiə NazirliyindənAzNews.az-a verilən məlumata görə, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z. Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

AzNews.az