Bu vəzifəni baş nazir Çipras icra edəcək Bu vəzifəni baş nazir Çipras icra edəcək
  • Qərb
  • 17 Oktyabr 2018 22:50
  •  2 849

Xarici işlər naziri istefa verdi - Müdafiə naziri ilə sözləşdiyinə görə

Bu vəzifəni baş nazir Çipras icra edəcək

Yunanıstanın xarici işlər naziri Nikos Kotsias istefa verib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı hökumətin mətbuat xidməti yayıb. Məlumata görə, baş nazir Aleksis Çipras istefa ərizəsini qəbul edib və nazirə 3.5 il ərzində hökumətin işində verdiyi əməyinə görə minnətdarlıq edib.

Mənbə bildirir ki, xarici işlər naziri vəzifəsini baş nazir Çipras icra edəcək.

Nazirin istefa verməsinin səbəbləri bilinmir. Ancaq ölkənin "Newsbomb.gr" informasiya portalı qeyd edir ki, hökumətin son iclasında xarici içlər naziri ilə müdafiə naziri Panos Kammenos arasında fikir ayrılığı olub. Vurğulanır ki, XİN-in başçısı müdafiə nazirini Balkan ölkələri ilə razılaşmaya görə ciddi tənqid edib.

İclasda isə hökumət üzvlərinin böyük əksəriyyəti onu dəstəkləməyib və bu baxımdan istefa verməyə məcbur olub.

© AzNews.az