ABŞ-da "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. ABŞ-da "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
  • Qərb
  • 18 Oktyabr 2018 07:17
  •  2 182

“Maykl” 33 nəfəri öldürdü

ABŞ-da "Maykl" qasırğası nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

İnsan ölümü faktları ən çox Florida ştatında qeydə alınıb - 23 ölü, 6 nəfər Virciniya ştatında həlak olub, 3 nəfər Şimali Karolina və 1 nəfər Corciya ştatında.

Qeyd edək ki, daha əvvəl 29 nəfərin öldüyü bildirilirdi.

"Maykl" qasırğası Florida ştatının Meksiko-Biç şəhərinin şimal-qərbinə ötən həftə çatıb. Küləyin sürəti saatda 250 kilometrə qədər çatıb. Daha sonra qasırğa fırtınaya qədər zəifləyib.

"Fox News" telekanalının məlumatına əsasən, qasırğanın vurduğu zərər 300 milyard dollara yaxın təşkil edə bilər.(trend.az)

AzNews.az