Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır. Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır.
  • Qərb
  • 18 Oktyabr 2018 07:32
  •  1 333

Amerikalılar Rusiyanı düşmən sayırlar - Sorğu

Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır.

Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi, əhalənin üçdə biri isə düşməni sayır.

Bu barədə "Economist" nəşrinin və "YouGov" ictimai rəylərin araşdırması institutunun keçirdiyi sorğunun nəticələrində deyilir.

Sorğuya əsasən, respondentlərin 34 faizi Rusiyanın düşmən kimi görür, 10 faizi dost ölkə, 31 faizi isə qeyri-dost ölkə sayır.

Bundan əlavə, sorğuda iştirak edənlərin 14 faizi hesab edir ki, ölkə prezidenti Donald Tramp Rusiyaya müttəfiq kimi yanaşır, 12 faiz isə düşmən kimi yanaşdığını düşünür.

Sorğunun nəticələri göstərir ki, amerikalıların yalnız 1 faizi Koreya Xalq Demokratik Respublikasını (KXDR) müttəfiq kimi görür, 47 faizi isə KXDR-nı düşmən sayır.

Qeyd edək ki, sorğu 14-16 oktyabr keçirilib və sorğuda 1500 ABŞ sakini iştirak edib.(trend.az)

AzNews.az