2040-cı ilədək dünyanın bəzi ölkələrində orta ömür müddəti azalacaq. 2040-cı ilədək dünyanın bəzi ölkələrində orta ömür müddəti azalacaq.
  • Qərb
  • 18 Oktyabr 2018 07:48
  •  1 915

Orta ömür müddəti azalacaq - BMT

2040-cı ilədək dünyanın bəzi ölkələrində orta ömür müddəti azalacaq.

Bu qənaətə BMT mütəxəssisləri gəliblər.

Mütəxəssislər bir neçə onillik ərzində insan ömrünün azalmasına səbəb kimi havanın çirklənməsini, piylənməni, diabeti və HİV virusunun yayılmasını göstərirlər.

Sietldəki Vaşinqton Universitetinin ekspertləri bununla yanaşı vurğulayırlar ki, onların proqnozı ehkam deyil və çoxlu sayda amillərdən asılıdır. Müxtəlif variantlı proqnozlara əsasən, insan həyatı 4-5 il müddətinə təkcə qısalmayacaq, həm də arta bilər.

Proqnozlara görə, Çin yaxın 20 il ərzində orta yaşın 5,6 il müddətinə artırılması hesabına uzunömürlü ölkələr arasında 39-cu pillədə qərarlaşacaq. Suriya əvvəlki 137-ci yerdən 80-ci pilləyə qalxa bilər. Lakin əgər bu ölkədəki hərbi münaqişə yaxın vaxtlarda başa çatsa.(report.az)

AzNews.az