ABŞ mətbuatı Qaşıqçı olayında şahzadə ilə bağlı yazmağa davam edir. ABŞ mətbuatı Qaşıqçı olayında şahzadə ilə bağlı yazmağa davam edir.
  • Qərb
  • 18 Oktyabr 2018 11:40
  •  1 919

“The New York Times” Səudiyyə vəliəhdindən şübhələnir - “Onun xəbəri olmadan mümkün deyil”

ABŞ mətbuatı Qaşıqçı olayında şahzadə ilə bağlı yazmağa davam edir.

AzNews.az xəbər verir ki, “The New York Times” qəzeti ABŞ kəşfiyyatının jurnalist Camal Qaşıqçı skandalında Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmanın rolu olduğuna inanmağa başladığını yazıb.

Qəzet yazır ki, vəliəhdin Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri üzərində güclü hakimiyyət qurduğu göz önünə gətirilsə, onun xəbəri olmadan heç bir əməliyyat həyata keçirilə bilməz.

ABŞ dövlət katibi və xarici işlər naziri Mayk Pompeonun Səudiyyə Ərəbistanına diplomatik həll yolu tapmaq cəhdi ilə səfəri isə “fəlakət” olaraq qiymətləndirilib.

Nurlan AĞA
AzNews.az