Jurnalist Cemal Kaşıkçı istintaqı tezliklə sona çatdırılmalıdır Jurnalist Cemal Kaşıkçı istintaqı tezliklə sona çatdırılmalıdır
  • Qərb
  • 18 Oktyabr 2018 22:43
  •  1 931

ABŞ Səudiyyə şahzadəsinə 72 saat vaxt verdi

Jurnalist Cemal Kaşıkçı istintaqı tezliklə sona çatdırılmalıdır

Xəbər verdiyimiz kimi ABŞ-ın xarici işlər naziri Mike Pompeo Səudiyyə Ərəbistanına səfər edərək şahzadə Muhammed Bin Salmanla görüşüb. Görüşün əsas mövzusu itkin düşən müxalifətçi jurnalist Cemal Kaşıkçı istintaqının tezliklə sona çatdırılması olub.

Həmin görüş zamanı ABŞ Səudiyyə Ərəbistanına 3 gün vaxt verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu informasiyanı ABŞ-da yayımlanan Axios internet saytı yayıb.

Mənbə bildirir ki, bu tələb ABŞ-lı nazirin şahzadə Muhammed Bin Selmana ultimatumu kimi qəbul edilir.

Pompeo Ər-Riyad səfərindən sonra Ankaraya gedərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla və xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Xatırladaq ki, Mike Pompeonu Səudiyyə Ərəbistanına ABŞ prezidenti Donald Tramp göndərmişdi.

AzNews.az qeyd edir ki, ABŞ-ın Səudiyyə Ərəbistanına verdiyi vaxtdan sonra atılacaq addımların nədən ibarət olduğu haqda bilgi verilmir.

© AzNews.az