Almaniya kansleri Brüsseldə mətbuat konfransı keçirib Almaniya kansleri Brüsseldə mətbuat konfransı keçirib
  • Qərb
  • 18 Oktyabr 2018 23:13
  •  1 779

Merkel Brüsseldən xəbərdarlıq etdi - "VAXT BİTİR"

Almaniya kansleri Brüsseldə mətbuat konfransı keçirib

"Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması (Brexit) üçün ayrılan vaxt bitir, bunu bilirik, ancaq yenə də bu problemin həlli yolu tapılmayıb".

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel Brüsseldə təşkil etdiyi mətbuat konfransında deyib.

Böyük Britaniyanın baş naziri Teresa Mey və Avropa Birliyi Komissiyasının Brexit üzrə baş müzakirəçisi Miçel Barnyerin də iştirak etdiyi konfransda liderlər jurnalistlərin bu mövzuda verdikləri çoxsaylı suallara cavab veriblər.

Merkel vurğulayıb ki, gələcəkdə Böyük Britaniya ilə AB-nin 27 ölkəsi arasındakı hazırkı münasibətlərin qüvvədə qalması ciddi müzakirə mövzusudur.

© AzNews.az