Fransa prezidenti Emmanuel Makron itkin jurnalist Camal Qaşıqçı ilə açıqlama verib. Fransa prezidenti Emmanuel Makron itkin jurnalist Camal Qaşıqçı ilə açıqlama verib.
  • Qərb
  • 19 Oktyabr 2018 09:42
  •  1 358

Makrondan “Qaşıqçı qalmaqalı” ilə bağlı - Açıqlama

Fransa prezidenti Emmanuel Makron itkin jurnalist Camal Qaşıqçı ilə açıqlama verib.

AzNews.az “Hürriyet” qəzetinə istinadən bildirir ki, Makron “Qaşıqçı qalmaqalı”nın aydınlaşdırılmasını gözlədiklərini qeyd edərək, bu aralar Avropa ölkələri ilə birlikdə Səudiyyə Ərəbistanına siyasi səfərlərin dayandırıldığını vurğulayıb.

Fransa prezidenti bu sözləri Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

O, “hadisə ilə bağlı bildiklərimiz çox ciddi və narahatlıq doğuracaq şeylərdir”, - deyə bildirib.

Fransa prezidenti Səudiyyə ilə əlaqələrinin durğunluq yaşaması ilə bağlı maliyyə nazirinin Ər-Riyaddakı investisiya konfransına qatılmamasını misal göstərib.

Prezident həmçinin Qaşıqçının aqibəti ilə bağlı Səudiyyə hökumətinin səlahiyyətli nümayəndələri ilə əlaqə saxlanıldığını qeyd edib.

Nurlan AĞA
AzNews.az