Bu müqavilənin müzakirələrinə 2010-cu ildə başlanmışdı Bu müqavilənin müzakirələrinə 2010-cu ildə başlanmışdı
  • Qərb
  • 19 Oktyabr 2018 20:53
  •  1 467

Brüsseldə 53.3 milyard avroluq - Müqavilə imzalandı

Bu müqavilənin müzakirələrinə 2010-cu ildə başlanmışdı

Avropa Birliyi (AB) ilə Sinqapur arasında sərbəst ticarət və sərmayə müqaviləsi imzalanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, imzalanma mərasimi Brüssel şəhərində baş verib.

Bu müqavilənin müzakirələrinə 2010-cu ildə başlanmışdı. Müqaviləyə əsasən gömrük vergiləri qarşılıqlı olaraq yaxın 3-5 il ərzində aradan qaldırılacaq.

Qeyd edək ki, müqavilə Avropa Şurası və Avropa Parlamenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Babək Göyüş

© AzNews.az