İtən jurnalist Cemal Kaşıkçının aqibətini çözmək müşkülə çevrilib İtən jurnalist Cemal Kaşıkçının aqibətini çözmək müşkülə çevrilib
  • Qərb
  • 19 Oktyabr 2018 22:01
  •  1 909

Trampdan Kaşıkçı açıqlaması - Nə bir video verildi, nə də göstərildi

İtən jurnalist Cemal Kaşıkçının aqibətini çözmək müşkülə çevrilib

"Dövlət katibi Mike Pompeoya Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda nə bir video verildi, nə də göstərildi".

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp səsləndirib.

Qeyd edək ki, itən jurnalist Cemal Kaşıkçının aqibətini çözmək üçün Trampın istəyi ilə Səudiyyə Ərəbistanına gedən dövlət katibi Pompeo sonra Türkiyəyə gəlib.

Bu səfərdən sonra mediada belə versiya irəli sürülmüşdü ki, guya Pompeoya Kaşıkçının ölümünə aid səs və görüntü qeydləri verilib.

Tramp isə etdiyi açıqlamasında bu iddiaları yalanlamışdı.

Babək Göyüş

© AzNews.az