Aksiyaya London şəhərinin meri, “Brexit”in əleyhdarı Sadiq Xan rəhbərlik edir Aksiyaya London şəhərinin meri, “Brexit”in əleyhdarı Sadiq Xan rəhbərlik edir
  • Qərb
  • 20 Oktyabr 2018 19:05
  •  1 322

Londonun meri ingilisləri aksiyaya səslədi - Avropa Birliyindən çıxmaq istəmirlər

Aksiyaya London şəhərinin meri, “Brexit”in əleyhdarı Sadiq Xan rəhbərlik edir

Bu gün Londonun mərkəzində “Brexit” əleyhinə miqyaslı etiraz aksiyası başlayıb.

TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, 100 mindən çox insan Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxması məsələsinə dair yeni referendum keçirilməsi tələbi ilə Britaniya parlamenti binasının ətrafına toplaşıb.

Aksiyanı təşkilatçısı “People's Vote” ictimai kampaniyasının məlumatına görə, nümayişə ölkənin müxtəlif bölgələrindən paytaxta gələn yarım milyona yaxın insan qatılıb. Aksiyaya Britaniyanın müxalif Leyborist partiyasını təmsil edən London şəhərinin meri, “Brexit”in əleyhdarı Sadiq Xan rəhbərlik edir.

Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını formal olaraq 2019-cu il martın 29-da tərk etməlidir. “Brexit”in şərtləri haqqında London və Brüssel arasında ötən ilin yayından başlayan danışıqlarda isə hələ də ciddi irəliləyiş əldə olunmayıb.

Böyük Britaniyanın Baş naziri Tereza Mey bir müddət əvvəl bildirib ki, britaniyalılar Avropa İttifaqının tərkibindən çıxmağa səs verməklə öz seçimlərini ediblər və ikinci referendum olmayacaq. (AZƏRTAC)