"ABC News" kanalı ABŞ prezidenti Donald Trampın həyat yoldaşından reportaj hazırlayıb "ABC News" kanalı ABŞ prezidenti Donald Trampın həyat yoldaşından reportaj hazırlayıb
  • Qərb
  • 20 Oktyabr 2018 22:09
  •  1 458

Melaniyadan "Trampı sevirsinizmi?" sualına maraqlı cavab

"ABC News" kanalı ABŞ prezidenti Donald Trampın həyat yoldaşından reportaj hazırlayıb

"ABC News" kanalının ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampdan aldığı reportaj sosial medianın yeni gündəminə çevrilib.

Reportaj zamanı müxbirin "Donald Trampı sevirsiniz?" sualına Melaniya Trampın verdiyi cavab hər kəsin diqqətini çəkib: "Bəli, aramız yaxşıdır".

Qeyd edək ki, uzun müddətdir, insanlar Melaniya Trampın Donald Trampla münasibətin sadəcə kağız üzərində olduğunu, Melaniyanın onu heç bir zaman sevmədiyini düşünürlər.

Eyni zamanda Melaniya Tramp insanların Donald Trampla onun evliliyi haqqında dedikləri fikirləri ilə vaxtını xərcləmədiyini, daha vacib işlərinin olduğunu vurğulayıb: "İnsanlar bizim münasibətimiz haqda çox danışırlar və çox danışdıqları üçün də yanlış fikirlərə qapılırlar".

Müxbirin Donad Trampın cinsi istismar mövzularında adının çox hallanması ilə bağlı sualına isə "Bu, məni maraqlandırmır" - deyə cavab verib.

Onu da qeyd edək ki, Melaniya Trampla Donald Tramp 2005-ci ildə ailə qurub, bu evlilikdən onların bir oğlu var. (Musavat.com)